MSK sədrindən KİV-ə çağırış: “Elə etməliyik ki..."
Bizi izləyin

Nida Xəbər

MSK sədrindən KİV-ə çağırış: “Elə etməliyik ki..."

MSK-nın iclasında müzakirə olunan növbəti məsələ İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.

Publika.az xəbər verir ki, müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda yekun sözülə çıxış edən MSK sədri Məzahir Pəınahov bildirib ki, artıq dairə seçki komissiyaları artıq bütün sənədlərlə təmin olunublar: “Dünəndən bütün dairələrdə sənədlər var. Namizəd olmaq istəyənlər müvafiq formaları doldurub sənədlərin təqdim edə bilərlər. Müşahidəçilik məsələsi həmişə bizim diqqətimizdə olub. Müşahidə aparacaq vətəndaşlarla bağlı əvvəlki praktikanı tətbiq edəcəyik. Belə ki, müsbət cavab veriləcək şəxslərlə bağlı məsələ MSK-da müzakirə olunmayacaq. Lakin kimə “yox” cavabı veriləcəksə onun məsələsini müzakirəyə çıxaracağıq”.

MSK sədri KİV nümayəndələrinə müraciət edərək onları seçki ilə bağlı xəbərləri yayarkən məsuliyyətli olmağa çağırıb: “Çox xahiş edirdik ki, bizə aid məsələləri – istəır müsbət, istərsə də mənfi – gecikmədən çatdırasız. Xoşagəlməz məlumatla bağlı bizə məlumat verənlərə ikiqat “sağ ol” deyirik. Əlimizdən gələni etməliyik ki, ölkədə gedən proseslərdə MSK-nın rolu hiss olunsun. Elə etməliyik ki, qarşıdan gələn seçkilər ölkəmizin tarixinə parlaq səhifə kimi yazılsın”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm