• USD 1,7000 0,00% EUR 1,8738 -0,05%
    • GBP 2,2196 -0,02% RUB 0,0270 -1,11%
election

Seçki bülletenlərinin DSK-lara paylanmasına başlanıldı

Seçki bülletenlərinin DSK-lara paylanmasına başlanıldı

2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

Publika.az xəbər verir ki, Milli Məclisin Mətbəəsində Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə şəffaf şəkildə keçirilən prosesi beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və müxtəlif seçki subyektlərinin yaxından izləmələrinə hərtərəfli imkan yaradılıb. Tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın təmin olunması üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Seçki bülletenlərinin bu gün – dekabrın 11-də Naxçıvan Muxtar Respublikası və digər bölgələrdə yerləşən ümumilikdə 24 seçki dairəsinin, dekabrın 16-dək isə respublikanın bütün seçki dairələrinin dairə seçki komissiyalarına verilməsi nəzərdə tutulur. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir.

Xatırladaq ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, noyabrın 30-dan etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinə tələbinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR