"Belə insidentlər təxribat xarakterli deyil" - Xələf Xələfov
Bizi izləyin

Nida Xəbər

"Belə insidentlər təxribat xarakterli deyil" - Xələf Xələfov

"Bilirsiniz, belə insidentlər olur. Onlar təxribat xarakterli deyil".

Publika.az xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında dekabrın 6-da Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirərkən deyib.

"Ola bilsin müəyyən səhvlərdən belə hadisələr baş verir. Belə insidentlər adətən sərhəd xidmətləri arasında keçirilən görüşlər və təmaslar vasitəsilə həll olunur. Ona görə də bu, dövlətlərarası səviyyədə müzakirə olunan məsələ deyil. Danışıqlar prosesi davam etdirilir. Gürcüstan tərəfi ilə hazırda ekspertlərin görüşünün tarixi razılaşdırılır. Biz planlaşdırırıq ki, 2020-ci ilin 1-ci rübündə komissiyanın növbəti iclası keçirilsin. Ümid edirik görüş nəticəsində müəyyən irəliləyişlər və razılaşmalar baş tutacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm