Nida Xəbər
Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət etdi
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür.
Xalqımız Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan bu dahi şəxsiyyətin vətən və millət qarşısında əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini ehtiramla yad edir.
Ölkəmizin mədəniyyət ictimaiyyəti də Azərbaycana rəhbərliyinin hər iki mərhələsində bu sahənin həqiqi himayədarı olan ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətimizə göstərdiyi diqqət və qayğını sonsuz minnətdarlıq duyğusu ilə yada salır.
Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi dekabrın 12-də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət etdilər. Nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildirdilər.
Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər.
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...