Nida Xəbər
XİN-dən SƏRT BƏYANAT: ABŞ-ın qondarma "erməni soyqırımı"nı...
"Bu ilin dekabrın 12-də ABŞ Senatı tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul edilən qətnaməni tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
"Qətnamənin mətnində elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması bu qətnamənin qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdiyini sübut edir.
Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır.
Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisələrə ABŞ Senatı siyasi mülahizələrlə qiymət verməyə çalışdığı halda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləmə, onların hələ də məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı soyqırımına münasibətdə sükut nümayiş etdirir və ikili standartlarla çıxış edir.
Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk", XİN rəsmisi bildirib.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?