• USD 1,7000 0,00% EUR 1,8782 -0,34%
    • GBP 2,2307 -0,05% RUB 0,0275 0,00%
election

Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı

Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 3 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı. (trend)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR