Nida Xəbər
Nazir Prezidentin adından Qətəri təbrik etdi
Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi dekabrın 16-da rəsmi qəbul təşkil edib.
Publika.az xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, qısa müddət ərzində Qətər regional və beynəlxalq müstəvidə özünə layiqli yer tutub.
Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat Azərbaycan-Qətər münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. Bu il diplomatik əlaqələrimizin qurulmasının 25 ili tamam olur. Dövlət başçılarımızın qarşılıqlı hörmətə, humanitar və əxlaqi prinsiplərə söykənən münasibətləri dövlətlərarası əlaqələrə də müsbət təsir göstərir.
Tədbirdə çıxış edən Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Prezident İlham Əliyevin adından təbrik edib. Nazir bildirib ki, Qətər dövləti iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlara nail olub. Azərbaycan və Qətər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Qətər həmişə ölkəmizin haqlı mövqeyini müdafiə edib.
İkitərəfli əlaqələrimizə toxunan nazir deyib ki, qarşılıqlı rəsmi səfərlər iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli rol oynayır. Bu səfərlər zamanı əldə edilmiş razılaşmalar ölkələrimiz arasındakı münasibətlərə müsbət təsir göstərir.
Nazir Kəmaləddin Heydərov qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquq bazasının yaradılması, o cümlədən 2016-cı ildə dövlət başçılarımızın müvafiq qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya uğurlu əməkdaşlıq üçün mühüm platforma yaradıb.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov