"Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı ittifaq səviyyəsinə yüksəlib" - XİN rəhbəri
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı ittifaq səviyyəsinə yüksəlib" - XİN rəhbəri

"Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təkcə strateji əhəmiyyət kəsb etmir, üç ölkə ittifaq səviyyəsinə yüksəlib".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi və iqtisadi sahələrdə ümumi mövqeləri var.

E.Məmmədyarov deyib ki, bu gün Tbilisidə imzalanan birgə bəyannamə ilə yanaşı, 2020-2022-ci illər üçün fəaliyyət planı da təsdiqlənib: "Azərbaycanın təklifi ilə sənədə qida təhlükəsizliyi ilə bağlı müddəa da daxil edilib. Bu, üçtərəfli əməkdaşlıq üçün yeni element olacaq".

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi yalnız bölgə üçün deyil, qlobal geostrateji əhəmiyyət də kəsb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm