Əli Əhmədov: YAP-a əhali arasında rəğbət artır
Bizi izləyin

Nida Xəbər

Əli Əhmədov: YAP-a əhali arasında rəğbət artır

Ötən gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.

Bunu Yeni Azərbaycan Partyasının Sədr müavini-İcra katibi Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub:

“Lakin bizim seçki məntəqələrində olan müşahidəçilərimizin apardığı müşahidələrə əsasən deyə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb. İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir və YAP-a əhali arasında rəğbət artırır. Mən Yeni Azərbaycan Partiyasını əldə etdiyi qələbəyə görə təbrik etmək istəyirəm”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm