Prezident Elşad Mirbəşiroğluna YÜKSƏK VƏZİFƏ VERDİ
Bizi izləyin

Nida Xəbər

Prezident Elşad Mirbəşiroğluna YÜKSƏK VƏZİFƏ VERDİ

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu bu qurumun İdarə Heyətinin sədr müavini seçilib.

Bu barədə Publika.az-a Mərkəzdən məlumat verilib.

Elşad Mirbəşir oğlu 1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya şöbəsinin bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə isə Vyana Diplomatik Akademiyasında elmi tədqiqat işləri həyata keçirib.

2002-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasına dissertant qəbul olunub və müəllim kimi fəaliyyətə başlayıb.

Elşad Mirbəşir oğlu 10 ildən çoxdur ki, aktiv ictimai-siyasi xadim kimi tanınır, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tanınmış politoloqdur. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2005- ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə siyasi elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir. Alman, rus və türk dillərini sərbəst bilir.

Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm