Sabir Rüstəmxanlı bu dairədən namizəd oldu
Bizi izləyin

Nida Xəbər

Sabir Rüstəmxanlı bu dairədən namizəd oldu

Xalq şairi Sabir Rüstəmxanlı 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, ötən gün xalq şairi 61 saylı Neftçala seçki dairəsinə sənədlərini təqdim edib.

Qeyd edək ki, Sabir Rüstəmxanlı 2015-ci ilə qədər millət vəkili olub, yalnız 2015-ci ildə namizədliyini irəli sürməyib.

O, 2005 və 2010-cu illərdə (mojaritar qaydada) 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilib.

Qeyd edək ki, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən ötən seçkidə Musa Qasımlı deputat seçilib. O, bu seçkidə də eyni dairədən namizəd olacağını açıqlayıb. Bu dairədən tanınmış jurnalist Elşad Paşasoy da namizədliyini irəli sürəcəyini elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm