Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
Bizi izləyin

Nida Xəbər

Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Publika.az xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb. İclasda ilk olaraq komissiyanın 21 dekabr tarixli iclasının protokolu təsdiq olunub.

Daha sonra 2020-ci il fevralın 9-a təyin olunmuş Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrin və maliyyə məsələləri üzrə nümayəndələrin qeydə alınması ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının, Vahid Azərbaycan Partiyasının və Müsavat Partiyasının müraciətlərinə baxılıb.

Hər üç partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bununla da seçkiyə qatılmasını rəsmiləşdirən siyasi partiyaların sayı 20-yə çatıb. Bundan öncə 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, “Ana Vətən” Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Müsavat Partiyası namizədlərə imza toplamaq üçün verilən imza vərəqələrinin sayının az olması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu müraciətə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında baxılıb.

Müsavat Partiyasının aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədrinin diqqətinə çatdırıb və ondan bu məsələdə Dairə Seçki Komissiyalarına müraciət ünvanlamasını xahiş edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, imza vərəqələrinin verilməsiylə bağlı heç bir məhdudiyyət yoxdur: “Əgər həmin vərəqələr qəsdən sıradan çıxarılmayıbsa, daha çox seçici imzası toplamaq üçün əlavə vərəqlərin verilməsində heç bir problem yoxdur”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm