Qəzaya düşən təyyarədə azərbaycanlı olub? - RƏSMİ
Bizi izləyin

Nida Xəbər

Qəzaya düşən təyyarədə azərbaycanlı olub? - RƏSMİ

Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələlik məlumat daxil olmayıb.

Bunu Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm