YAP-ın siyahısında yer alan NAMİZƏDLƏR KİMLƏRDİR? - Biznesmen, məşqçi, rəis...
Bizi izləyin

Nida Xəbər

YAP-ın siyahısında yer alan NAMİZƏDLƏR KİMLƏRDİR? - Biznesmen, məşqçi, rəis...

Yeni Azərbaycan Partiyası ötən gün səbirsizliklə gözlənilən parlament seçkilərinə namizədlərinin siyahısını açıqladı.

Publika.az siyahıda yer alan şəxslərin yaşı, peşəsi və daha əvvəl Milli Məclisin üzvü olub-olmadığı ilə bağlı maraqlı məlumatları diqqətinizə çatdırır. İlk siyahıda 50 namizədin adı yer alıb.

Talıbov Vasif Yusif oğlu (1 saylı Şərur-Sədərək seçki dairəsi) - 14 yanvar 1960 (59 yaş), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 4 dəfə deputat olub.

Həbibbəyli İsa Əkbər oğlu (2 saylı Şərur seçki dairəsi) - 16 oktyabr 1949 (70 yaş), filoloq, 2 dəfə deputat olub.

İbrahimov Eldar Rza oğlu (4 saylı Naxçıvan şəhər seçki dairəsi) - 12 mart 1945 (74 yaş), iqtisadçı, 5 dəfə deputat olub.

Novruzov Siyavuş Dünyamalı oğlu (5 saylı Şahbuz-Babək seçki dairəsi) - 17 fevral 1969 (50 yaş), hüquqşünas, 4 dəfə deputat olub.

Həmzəyeva Ülviyyə Tapdıq qızı (6 saylı Culfa-Babək seçki dairəsi) - 30 aprel 1982 (37 yaş), rəssam, 2 dəfə deputat olub.

Quliyev Cəbi Hüseyn oğlu (7 saylı Ordubad-Culfa seçki dairəsi) -

Əliyarlı Kübra Məhəmməd qızı (8 saylı Binəqədi birinci seçki dairəsi) - 32 yaş, jurnalist

Qafarov Kamaləddin Nəsrəddin oğlu (9 saylı Binəqədi ikinci seçki dairəsi) - 7 sentyabr 1976 (43 yaş), iqtisadçı, 1 dəfə deputat olub.

Əliyev Anar Məmməd oğlu (10 saylı Binəqədi üçüncü seçki dairəsi) -

Hüseynov Aydın Nəsir oğlu (11 saylı Qaradağ seçki dairəsi) - 12 fevral 1962 (57 yaş), siyasətçi, 1 dəfə deputat olub.

Xasiyeva Səbinə Səməd qızı (12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi) -

Əliyev Rauf Asif oğlu (13 saylı Xəzər - Pirallahı seçki dairəsi) – 63 yaş, siyasətçi, 3 dəfə deputat olub.

Əhmədova Şəfəq Firudin qızı (14 saylı Xəzər seçki dairəsi) - YAP Gənclər Birliyinin Şura üzvü

Nağıyev Rauf Nəriman oğlu (15 saylı Yasamal birinci seçki dairəsi) –

Allahverdiyev Elnur Marat oğlu (17 saylı Yasamal üçüncü seçki dairəsi) -

Rzayev Xudaqulu Əhəd oğlu (18 saylı Nərimanov-Nizami seçki dairəsi) - 57 yaş, biznesmen.

Məmmədov Hikmət Baba oğlu (19 saylı Nərimanov birinci seçki dairəsi) - 53 yaş. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, 1 dəfə deputat olub.

Allahyarlı Nihad Vüqar oğlu (20 saylı Nərimanov ikinci seçki dairəsi) - BDU Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr.

İbrahimqızı Məlahət İbrahim qızı (21 saylı Nəsimi birinci seçki dairəsi) - 61 yaş. 4 dəfə deputat seçilib.

Hüseynov Sərraf Balaxan oğlu (22 saylı Nəsimi ikinci seçki dairəsi) - Azərbaycan Dillər Universiteti rektorunun ictimai məsələlər üzrə müşaviri.

Rəhimov Elnur Fidail oğlu (23 saylı Nəsimi-Səbail seçki dairəsi) -

Mustafayev Elnur Elşad oğlu (24 saylı Nizami birinci seçki dairəsi) - SOCAR Metanol Zavodunun direktoru

Vəliyeva Sədaqət Süleyman qızı (25 saylı Nizami ikinci seçki dairəsi) - 65 yaş. Bir dəfə deputat seçilib.

Hacıyeva Afaq Şirzad qızı (26 saylı Sabunçu birinci seçki dairəsi) -

Salahzadə Əliabbas Qalib oğlu (27 saylı Sabunçu ikinci seçki dairəsi) - Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.

Cabbarova Xatirə Qılman qızı (28 saylı Sabunçu üçüncü seçki dairəsi) -

Hüseynova Aytən Arif qızı (29 saylı Səbail seçki dairəsi) -

Fətəliyeva Sevinc Həbib qızı (30 saylı Suraxanı birinci seçki dairəsi) – 40 yaş. 2 dəfə deputat seçilib.

Ağcayev Nizaməddin Fərhad oğlu (31 saylı Suraxanı ikinci seçki dairəsi) – 24 dekabr 1967 (52 yaş), məktəb direktoru

Həsənova Afət Əbil qızı (32 saylı Suraxanı üçüncü seçki dairəsi) - Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini, keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.

Mirələmov Hüseynbala Fazil oğlu (33 saylı Xətai birinci seçki dairəsi) - 25 iyun 1945 (74 yaş), mühəndis, yazıçı, 2 dəfə deputat olub.

Zabelin Mixail Yuryeviç (34 saylı Xətai ikinci seçki dairəsi) - 1946 (73 yaş), siyasətçi, 5 dəfə deputat olub.

Əliyev Turan Adil oğlu (35 saylı Xətai üçüncü seçki dairəsi) -

Rzayev Kənan Əfqan oğlu (36 saylı Xətai dördüncü seçki dairəsi) - 17 sentyabr 1987 (32 yaş) badminton üzrə yığma komandanın məşqçisi.

Kərimzadə Pərvin Orxan qızı (37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi) - 3 fevral 1976 (43 yaş), tarixçi, 1 dəfə deputat olub.

Həmzəyev Naqif Ələşrəf oğlu (38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi) - 24 may 1983 (36 yaş), tarixçi, İT meneceri, 1 dəfə deputat olub.

Cəfərov Müşviq Cəfər oğlu (39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi) -

Quliyev Musa İsa oğlu (40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi) - 25 noyabr 1961 (58 yaş), siyasətçi, şair, tibb elmləri namizədi, 3 dəfə deputat olub.

Hüseynova Hicran Kamran qızı (41 saylı Sumqayıt birinci seçki dairəsi) – 64 yaş. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadın.

Mirkişili Tahir Famil oğlu (42 saylı Sumqayıt ikinci seçki dairəsi) – 42 yaş. 1 dəfə millət vəkili seçilib. İqtisad elmləri üzrə fəlsəfə doktoru.

Hacıyev Emin Məcid oğlu (43 saylı Sumqayıt üçüncü seçki dairəsi) - 45 yaş. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi.

Məmmədov Müşviq Fazil oğlu (44 saylı Sumqayıt-Xızı seçki dairəsi) -

Əsədov Oqtay Sabir oğlu (45 saylı Abşeron seçki dairəsi) - 64 yaş. Azərbaycan Respublikası Milli Məclisinin sədri. 1 dəfə millət vəkili seçilib.

Quliyev Azər Əli oğlu (46 saylı Şirvan seçki dairəsi) - Gənclər və İdman İdarəsinin rəisi.

Mirzəzadə Aydın Böyükkişi oğlu (47 saylı Mingəçevir seçki dairəsi) - 62 yaş, mühəndis, politoloq. 4 dəfə millət vəkili seçilib.

Məmmədov İlham Kazım oğlu (48 saylı Yevlax seçki dairəsi) -

Hüseynov Əli Məhəmməd oğlu (49 saylı Yevlax-Mingəçevir seçki dairəsi) – 51 yaş, hüquqşünas.

Mikayılov Elman Elxan oğlu (50 saylı Abşeron – Qobustan seçki dairəsi) – Qobustan Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.

Zümrüd, Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm