Rauf Arifoğlu imzatoplama kampaniyasında iştirak etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Rauf Arifoğlu imzatoplama kampaniyasında iştirak etdi - FOTO

"Yeni Müsavat" Media Qrupunun rəhbəri, 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Rauf Arifoğlu imzatoplama kampaniyasına şəxsən qatılıb. Bu gün o, Xətai rayonunun Naximov və Əbilov küçələrində yaşayan sakinlərdən imza istəyib. Rauf Arifoğlunun və müxbirlərin gəldiyini eşidən sakinlər imzatoplama masasına axın ediblər.

Musavat.com xəbər verir ki, Rauf Arifoğlu Xətai rayonu, Naximov küçəsində vətəndaşlarla ünsiyyətdə olub, onların problemlərini dinləyib. Rauf Arifoğlunun bu addımı sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Ətrafdakı həyət evlərində və binalarda yaşayan insanlar küçəyə axın edib, namizədə xeyir-dua verib, qələbə arzulayıblar. Rauf Arifoğlu sakinlərlə birlikdə onların mənzillərinə yollanıb, küçədəki kanalizasiya, asfalt problemi ilə yaxından tanış olub.

Sakinlər yaşadıqları ərazinin problemlərini Rauf Arifoğlunun diqqətinə çatdırıblar, ondan bu məsələlərin ictimailəşdirilməsi üçün kömək istəyiblər.

Xətai rayonu, Əbilov küçəsində yaşayan seçicilərə üz tutaraq şəxsən onlarla ünsiyyət, imza toplayan Rauf Arifoğlunun bu addımı vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb. Ətrafdakı həyət evlərində və binalarda yaşayan insanlar küçəyə axın edib, namizədə xeyir-dua verib, qələbə arzulayıblar.

Vətəndaşlar həmçinin yaşadıqları ərazinin problemlərini Rauf Arifoğlunun diqqətinə çatdırıblar, ondan bu məsələlərin həllində dəstək istəyiblər.

Qeyd ediblər ki, Əbilov küçəsinin əsas problemləri yolların işıqlandırma sisteminin olmaması, marşrut avtobusunun köhnə olması, məhəlləarası yollarla avtomobil və marşrut avtobuslarının sürətli hərəkətinin qarşısını almaq üçün yollara tramplin qoyulmaması, məhəlləarası yolların asfalt örtüyünün olmamasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm