Nida Xəbər
Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı oldu - FOTO/VİDEO
Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş növbəti hərbi hissənin açılışında iştirak edib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissədə olaraq əsgər yeməkxanasına, əsgər yataqxanasına, silah və ideoloji otaqlara, ərzaq, meyvə-tərəvəz anbarlarına baxış keçirib.
Bildirilib ki, yeni tikilən hərbi hissədə inzibati, xidməti və iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, soyuducular, lazımi mebel avadanlıqları ilə tam təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.
Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO