Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Bizi izləyin

Nida Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqını təbrik edib.

Publika.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm