Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirildi
Bizi izləyin

Nida Xəbər

Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirildi

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb və komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Sonra 42 saylı Sumqayıt ikinci və 61 saylı Neftçala seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Həmçinin 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm