Ukraynanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq
Bizi izləyin

Nida Xəbər

Ukraynanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin qəzaya uğraması ilə bağlı Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində başsağlığı kitabı açılacaq.

Publika.az xəbər verir ki, bu barədə Bakıdakı diplomatik nümayəndəlikdən verilən məlumatda deyilir:

“8 yanvar 2020-ci il tarixində Tehran-Kiyev marşrutu üzrə “PS 752" reysini yerinə yetirən “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinin Boeing-737 təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olan 176 sərnişin və ekipaj üzvlərinin həlak olması ilə bağlı olaraq Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində Başsağlığı kitabı açılacaq.

Başsağlığı kitabı 9 və 10 yanvar 2020-ci il tarixlərində saat 11:00-dan 13:00-a qədər və 14:00-dan 16:00-a qədər Bakı ş. Y.Vəzirov (Çəmənzəminli) küç., 49 ünvanında yerləşən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında açılacaq”.//Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm