Ərdoğandan İlham Əliyev barədə: Əziz qardaşım...
Bizi izləyin

Nida Xəbər

Ərdoğandan İlham Əliyev barədə: Əziz qardaşım...

"Qarşıdakı illərdə TANAP-ın ötürücülük qabiliyyətini əvvəlcə illik 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq".

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindəki çıxışında bildirib.

“Bir ay əvvəl bölgəmizin ən strateji boru kəmərlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin İpək Yolu” adlandırılan TANAP-la ilkin mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq” - R.Ərdoğan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm