Nida Xəbər
Milli Məclisin deputatlarına pul mükafatı verildi
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.
Bunu Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.
Qeyd edək ki, 2019-cu ilin dekabrın 2-də Milli Məclisin deputatları qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Dekabrın 4-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması məsələsinə baxıb və qərarı Konstitusiyaya uyğun hesab edib. Məhkəmənin qərarına görə, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı parlamentin səlahiyyətləri saxlanılır.
Dekabrın 5-də isə Prezident İlham Əliyev parlamentin buraxılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. (report)
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...