1534 nəfərin deputatlığa namizədliyi qeydə alındı - MSK
Bizi izləyin

Nida Xəbər

1534 nəfərin deputatlığa namizədliyi qeydə alındı - MSK

“Bu günə qədər 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Publika.az xəbər verir ki, bunu "Seçkinin mediada isiqlandırlması" mövzusunda keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, öncəki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb: “Seçki prosesi ilə bağlı indiyədək olan bütün göstəricilər rekord rəqəmlərdir. Ona görə də MSK-nın və aşağı seçki komissiyalarının fəaliyyəti müsbət mənada gərgin şəkildə keçir".

Qeyd edək ki, bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin son qeydə alınma günüdür. Sabahdan Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

Seçkiyə 24 saat qalmış bütün təbliğat-təşviqat kampaniyalarına son qoyulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm