• USD 1,7000 0,00% EUR 1,8463 +0,36%
    • GBP 2,1993 -0,00% RUB 0,0265 0,00%

Zahir Əzəmətlə bağlı QƏRAR VERİLDİ

Zahir Əzəmətlə bağlı QƏRAR VERİLDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında namizədliyi 45 saylı Abşeron seçki dairəsindən irəli sürülmüş Zahir Rəhimovun (Zahir Əzəmət) namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair müvafiq DSK-nın qərarı müzakirə olunub.

Publika.az xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. O qeyd edib ki, DSK imza vərəqləri və ona əlavə edilmiş digər sənədlərin araşdırlması zamanı Z.Rəhimovun mülkiyyətində olan Lənkəran rayon Yuxarı Nüvədi kəndində 0,9 hektar torpaq sahəsinin göstərilməməsi əsası ilə onun namizədliyini qeydə almayıb.

İclasda iştirak edən Z.Rəhimov bildirib ki, həmin kənddə pay torpağının olmasından xəbərsiz olub: 1991-ci ildən Bakıda yaşayıram. Həmin pay torpaqları verilərkən isə hərbi xidmətdə olmuşam. Əmlak Məslələri Dövlət Komitəsindən mənə verilən arayışda adım ona görə qeyd olunmayıb ki, dövlət sənədlərində adım səhv yazılıb”.

O, həmçinin, sənədlərində olan çatışmazlıqların araşdırması üçün ona qanunda nəzərdə tutulan 48 saatın verilmədiyini vurğulayıb. Müzakirədən sonra qərar səsə qoyulub və DSK-nın qərarı dəyişdilirlmədən saxlanılıb.

Səxavət

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR