Aktyor Elcanın namizədliyi qeydə alındı - MSK-dan QƏRAR
Bizi izləyin

Nida Xəbər

Aktyor Elcanın namizədliyi qeydə alındı - MSK-dan QƏRAR

MSK-nın iclasında namizədliyi 15 saylı Yasamal birinci seçki dairəsindən özü tərəfindən irəli sürülən aktyor Elcan Məmmədlinin qeydə alınmasından imtina edilməsinə dair sözügedən DSK-nın qərarına baxılıb.

Publika.az xəbər verir ki, E.Məmmədlinin imza vərəqlərində problem yarandığı üçün namizədliyinin qeydə alınmasından imtina edilib. Müzakirələrdən sonra E.Məmmədlinin namizədliyi qeydə alınıb.

MSK-nın iclasında daha sonra namizədliyi 95 saylı Tərtər seçki dairəsi üzrə özü tərəfindən irəli sürülən 95 saylı Aynurə Xudiyevanın namizədliyinin DSK tərəfindən qeydə alınmasının mümkünsüzlüyünə dair qərardan verdiyi şikayətə baxılıb. Məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov belə bir situasiya ilə MSK üzvü olduğu 10 ildə ilk dəfə rastlaşdığını bildirib: “Belə ki, o çox sürətlə seçki prosesini keçib. 10 yanvarda bankda hesab açıb, həmin gün imza toplamağa başlayıb. Yanvarın 11-də 7 saat ərzində 500 imza toplayıb. Ona görə də üzrlü səbəbdən imza vərəqlərini və digər zəruri seçki sənədlərini vaxında təqdim edə bilməyib.

Şikayətçi qeyd edib ki, DSK onun əlil olmasını, 7 saat ərzində 500 imza toplamasını nəzərə almadan qərar qəbul edilib”.

Müzkirələrdən sonra A.Xudiyevanın namizədliyinin qeydə alınmasının mümkünsüzlüyünə dair DSK-nın qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, 1987-ci il təvəllüdlü A.Xudiyeva əlilliyi olan şəxsdir. O, “Şəfqət nuru” kimsəsizlərə yardım xeyriyyə ictimai birliyinin sədridir.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm