1560 nəfərin deputatlığa namizədliyi QEYDƏ ALINDI
Bizi izləyin

Nida Xəbər

1560 nəfərin deputatlığa namizədliyi QEYDƏ ALINDI

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib:

“Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm