• USD 1,7000 0,00% EUR 1,8397 +0,24%
    • GBP 2,1994 +0,33% RUB 0,0265 0,00%

Sofiyada 20 Yanvarla bağlı tədbir - FOTOLAR

Sofiyada 20 Yanvarla bağlı tədbir - FOTOLAR

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 17 yanvar 2020-ci il tarixində Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda 20 yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak edib.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanın müasir tarixinin qanlı səhifələrindən olan 20 yanvar faciəsinin 30-cu ildönümünün anım mərasimində iştiraka görə qonaqlara təşəkkürünü bildirərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşun hissələrinin Bakıya bir neçə istiqamətdən yeridildiyini və paytaxtı zəbt edərək 137 silahsız insanın gətlə yetirildiyini, 744 insanın yaralandığını və 841 nəfərin qanunsuz həbs edildiyini söylədi.

Səfir, Sovet İttifaqının Kommunist Partiyasının və Hökumətinin qərəzli daxili siyasəti və M.Qorbaçovun uğursuz “Perestroyka”sı nəticəsində 1980-ci illərin sonlarından Sovet İttifaqında desinteqrasiya proseslərinin başlandığını və Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatlarının canlandığını qeyd edərək, SSRİ rəhbərliyinin məsələni siyasi yolla həllinin mümkünsüz olmasının anladığını və əvəzində terrora əl atdığını və Azərbaycanda “erməni kartı”ndan məharətlə istifadə etdiyini vurğuladı. Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddialarının və 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulmasının qarşısının alınması əvəzinə Azərbaycanda “milliətçi ekstremistlər və mocahedlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq və burada yaşayan erməniləri qorumaq bəhanəsi ilə silahlı dəstələrin şəhərə yeritdiyini bildirildi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” təxribat qrupunun respublika televiziyasının enerji blokunu partlatdığı, digər kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı və beləliklə xalq və beynəlxalq ictimaiyyətin xəbər almaq imkanından məhrum olunduğu qeyd edildi.

Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyü, hətta təcili yardım maşınlarına hücüm edildiyini vurğulayan N.Qurbanova 20 Yanvar hadisələrinin SSRİ-nin qüvvələri tərəfindən 1986-cı ildə Almatıda, 1989-cu ildə Tbilisi və 1991-ci ildə Vilnusda baş tutmuş hərbi müdaxilələr arasında ən qəddar olduğunu bildirdi. “Human Rights Watch” təşkilatının Sovet ordusu tərəfindən 20 yanvar zorakılığını kollektiv cəza üsulu və Azərbaycan mülki şəxsləri tərəfindən göstərilən müqavimətə uyğun olmadığı kimi qiymətləndirildiyi tədbir iştirakçıların diqqətinə çatdırılıb.

Bu faciənin SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə SSRİ Müdafiə naziri Dmitri Yazov və Daxili İşlər Naziri Vadim Bakatinin rəhbərliyi altında SSRİ Müdafiə və Daxili İşlər Nazirliyiklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil edildiyi bildirilib.

Qeyd olundu ki, faciə milliyyətindən, yaşından, cinsindən və ya sosial statusundan asılı olmayaraq silahsız insanların həyatını almışdır: onlar arasında 13 yaşlı Larisa Məmmədova, 3 uşaq anası Fəridə Abbasova, yeni evlənmiş İlham və Farizə. Cütlüyün taleyi barədə bəhs edilərək onların evləndiyi 30 iyun tarixinin sonradan Azərbaycanda sevgililər günü kimi qeyd olunduğu vurğulanıb.

N.Qurbanova bu terror aktına ilk etirazın və siyasi qiymətləndirmənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq 21 yanvar 1990-cı ildə onun Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, silahsız insanların gətlində Sovet İttifaqının rəhbərliyinin günahlandırdığını və faciənin törədilməsində cavabdeh olanların ifşa etdiyini söylədi. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymətləndirmə verildiyi bildirildi.

Daha sonra N.Qurbanova 1990-cı ildə yaşanan bu faciənin ümummilli matəm günü olması ilə yanaşı xalqımızın müstəqillik və ərazi bütövlüyü naminə apardığı mübarizə tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd etmiş və bunun nəticəsi olaraq 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdiyini söylədi.

Tədbirdə CBC telekanalının dəstəyi ilə 20 Yanvar hadisələrinin xronikasını və şahidlərin ifadalərini əks etdirən “İş nömrə 2. Qara Yanvar” adlı sənədli film nümayiş etdirildi. Daha sonra, bolqar ifaçısı Ani Linçeva tərəfindən Azərbaycan, Bolqarıstan və dünyaca tanınmış bəstəkarların klassik əsərləri pianoda ifa edildi.

Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Tədbir yerli KİV-də işıqlandırılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR