İlham Əliyev Tramp, Merkel və Konte ilə nəhəng forumda: dünyanın taleyi həll olunur
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev Tramp, Merkel və Konte ilə nəhəng forumda: dünyanın taleyi həll olunur

Bu il 50-ci zirvəsi təşkil edilən Davos Dünya İqtisadi Forumunun gündəmi kiçilən qlobal ticarətə həll yolu tapmaqdır.

Publika.az xəbər verir ki, Dünya Bankının “Qlobal İqtisadi Proqnozlar” hesabatına görə, ötən il 1,4 faiz geriləyən qlobal mal və xidmət ticarətindəki artımın bu il 1,9 faizə çatması gözlənilir. ABŞ və Çin arasındakı ticarət müharibəsinin də bu sahədə böyük itkilərə yol açdığı bildirilib.

İsveçrənin eyniadlı qəsəbəsində təşkil edilən Davos Zirvəsində 117 ölkədən 3 minə yaxın iş adamı, siyasətçi, akademik və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edir. Azərbaycan da daxil olmaqla, bir çox ölkə dövlət və hökumət başçısı səviyyəsində təmsil olunur.

Əhəmiyyətli başlıqlar

Ticarət savaşlarının təsirinin hələ də hiss edildiyi, dünya ticarətinin kiçildiyi şəraitdə Davos bu il uyğun bir ticarəti təkrar mümkün etməyin yollarını axtaracaq. ABŞ başda olmaqla, bir çox sənayeləşmiş ölkənin qlobal istiləşmənin qarşısını almağa dair tərəddüdlü və ağır addımları səbəbilə zirvəyə bu il iqlim dəyişikliyi mövzusu damğasını vuracaq.

Bu səbəbdən Davos toplantılarında önə çıxarılan başlıqlar da dünya iqtisadiyyatının içində olduğu çətinlikləri yekunlaşdırmaq xüsusiyyəti daşıyır. Nəhəng forumda “Sağlam gələcək”, “Planet necə xilas edilə bilər?”, “Geosiyasətin hüdudlarından kənarda”, “Ədalətli iqtisadiyyat”, “Yaxşılıq üçün texnologiya”, “Daha yaxşı iş”, “Toplumun və işin gələcəyi” mövzularında 400-ə yaxın açıq və qapalı toplantılar gerçəkləşdiriləcək.

Çindən ali səviyyəli iştirak yoxdur

Davosda 50-dən çox ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur. Zirvəyə ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, İtaliya Baş naziri Cüzeppe Konte, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen və İspaniyanın Baş naziri Pedro Sançez gələrkən, Çindən dövlət başçısı və ya onun müavinləri səviyyəsində iştirakın olmaması diqqət çəkib. Bu da ABŞ və Çin arasındakı gərginliyin azaldılması təşəbbüslərinin Davos çərçivəsində mümkün olmadığı şəklində şərh edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm