• USD 1,7000 0,00% EUR 1,8463 +0,36%
    • GBP 2,1993 -0,00% RUB 0,0265 0,00%

Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir

Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir

Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir.

Bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyanın ən sürətlə, ən geniş islahatlar həyata keçirən ölkələr sırasındadır.

Ə.Əhmədov əlavə edib ki, nisbətən gənc dövlət olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 29 il ərzində ciddi nailiyyətlər əldə edib: "Lakin Azərbaycan müstəqilliyinin əldə etdiyi ilk illərdə onun həyatı heç də problemsiz keçməyib.

Azərbaycan ərazisilərinin 20 faizinin işğal olunması nailinəticəsində problemlərinin həlli, sosial həyatın təmin edilməsi, iqtisadiyyatın inkişafı üçün üçün böyük səylər göstərilməli olub".

Baş nazirin müavini bildirib ki, Azərbaycan düzgün strategiya seçməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Son 15-16 ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, ölkənin büdcəsinin gəlirləri təxminən 20 dəfəyədək, əhalinin nominal əməkhaqqı 10 dəfəyədək artıb. Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsi üçün qoyulan vəsaitlər 23 dəfə artıb:

"Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Bu illər ərzində yalnız Bakı deyil, Azərbaycanın bütün regionları simasını dəyişib, müasirləşib. Beləliklə, Azərbaycan müasir dövlət qurulması istiqamətində böyük işlər görüb. Lakin inkişafın davamlılığının təmin edilməsinin çox mühüm amillərindən biri daim yeniləşmək və islahatların həyata keçirilməsinə hazır olmaqdır".

Ə.Əhmədovun sözlərinə əsasən, Azərbaycanın sosial və iqtisadi göstəriciləri bundan sonra da yaxşılaşacaq.
2019-cu ildə əhalinin həyat şəraitinin yaxşılaşması üçün bir çox tədbirlərin həyata keçirildiyini xatırladan Baş nazirin müavini deyib ki, Azərbaycanın 10 milyon nəfərlik əhalisinin təxminən 1 milyon nəfəri öz ölkəsindən məcburi köçkün düşmüş insanlardır. Bu baxımdan onların Azərbaycan dövlətinin yardımına ehtiyacı var. (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR