Nida Xəbər
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşdü - FOTOLAR
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə görüşlərini Beyləqanda davam etdirməyə başlayıb.
Publika.az xəbər verir ki, Çingiz Qənizadə Beyləqan rayonunun İkinci Şahsevən və Qaradağlı kəndlərində seçicilərlə görüşlər keçirib.
Hər iki kəndin camaatı deputatlığa namizədlə görüşdə bəzi problemləri qabardıblar. Həmin problemlərdən biri uşaq pulunun bərpa olunması ilə bağlı olub. Həmçinin, əkin sahələrinin suvarılması üçün artezan quyularının vurulmasını, eləcə də, işıq və telefon xətlərinin yenilənməsini xahiş ediblər. Deputatlığa namizəd Çingiz Qənizadə yenidən deputat seçiləcəyi təqdirdə qaldırılan məsələləri gündəmə gətirəcəyini istisna etməyib.
Kənd insanları, ağsaqqallar Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətini yüksək qiymətləndirərək növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.
Məlumat üçün qeyd edək ki, kəndlərdə görüşlər keçirən Çingiz Qənizadə hər gün seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom