Səhiyyə Nazirliyindən təqdirəlayiq addım
Bizi izləyin

Nida Xəbər

Səhiyyə Nazirliyindən təqdirəlayiq addım

Ağcabədi rayon sakini Gülnarə Mamedova Bakıda 7 saylı doğum evində qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirib.

Publika.az-a müraciət edən ana maddi vəziyyətinin çətin olduğunu nəzərə alaraq pulsuz əməliyyat olunmasına kömək göstərilməsini xahiş edib.

Saytımızın Səhiyyə Nazirliyinə müraciətindən sonra G.Mamedova 7 saylı doğum evinə yerləşdirilib. Əməliyyatdan öncə o, lazımi müayinələrdən keçirilib, tələb olunan analizlər götürülüb.

G.Mamedova qeysəriyyə əməliyyatı ilə oğlunu dünyaya gətirib.

G.Mamedova bu müddət ərzində həkimlərin ona, övladına xüsusi diqqət və qayğı ilə yanaşdıqlarını bildirib. Qeyd edib ki, əməliyyatı çox uğurlu keçib, özü və övladının səhhətində heç bir problem yoxdur.

Ana 7 saylı Doğum evinin baş həkimi Leyla Seyidbəyova başda olmaqla cərrah mama-ginekoloq Xatirə Mirzəyeva, Anestezioloq Əsəd Hacıyevə, Rəna, Sevda, Şahnaz, Ceyran, Həmidə, Şəfa xanıma minnətdarlıq edir.

Publika.az müraciətimizə operativ reaksiya verən Səhiyyə Nazirliyinə, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirova, Mətbuatla Əlaqələr Bölməsinin əməkdaşı Elvin Hacıyevə, Leyla Seyidbəyovaya və xəstəxananın kollektivinə xüssusi təşəkkür edir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm