• USD 1,7000 0,00% EUR 1,8355 -0,31%
    • GBP 2,2103 +0,05% RUB 0,0266 -0,75%

Musa Qasımlıya seçicilərindən böyük dəstək - FOTO

Musa Qasımlıya seçicilərindən böyük dəstək - FOTO

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini davam etdirir.

Publika.az xəbər verir ki, görkəmli alimin növbəti görüşü yanvarın 26-da Şəfəqli kəndində baş tutub.

Tanınmış tarixçi alim görüşlə bağlı bunları deyib: "Növbəti görüşüm Yardımlı rayonunun idarəçilik, təsərrüfat, maarif və mədəniyyət həyatında xüsusi yer tutmuş, adları indi də hörmətlə xatırlanan şəxslərin çıxdığı Şəfəqli kəndində oldu. Ətraf kəndlərdən də gələn insanların iştirak etdiyi görüş maraqlı və səmimi keçdi. Çıxış edən ağsaqqallar və gənclər ötən illərdəki fəaliyyətimdən razı qaldıqlarını, eyni zamanda arzu və istəklərini söylədilər. Bildirdilər ki, onlar artıq seçim ediblər və səslərini mənə verəcəklər".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR