Ölkədə bənzəri görünməmiş seçki kampaniyası: Rauf Arifoğlunun seçicilərlə möhtəşəm görüşü baş tutdu - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Ölkədə bənzəri görünməmiş seçki kampaniyası: Rauf Arifoğlunun seçicilərlə möhtəşəm görüşü baş tutdu - FOTO/VİDEO

Azərbaycanda fevralın 9-da baş tutacaq parlament seçkiləri öncəsi təşviqat kampaniyası çərçivəsində ölkə üzrə ən möhtəşəm görüş baş tutub.

35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlunun yanvar ayının 26-da İ.İsmayılov küçəsi 30 ünvandakı idman meydançasında keçirilən görüşündə minlərlə seçici iştirak edib.

Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, o cümlədən R.Arifoğlunun vəkilləri Qarabağ qazisi Hacı Əkbər Rüstəmov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xətai rayon şöbəsinin sədri Sabit Kazımov, sabiq maliyyə naziri, professor Saleh Məmmədov, Qarabağ Qazisi Etibar Əmiraslanov, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, tanınmış jurnalist Alqış Həsənoğlu, Mir Tağı məscidinin axundu Seyyid Mircəfər Ağa, tanınmış həkim Seyfəddin Əsəd və aparıcı Turan İbrahimov iştirak ediblər.

Görüşün keçirildiyi İnqilab İsmayılov küçəsinin lövhə adını daşıdığı Milli Qəhrəmanın xanımı Gülzar Orucova çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib, onun vətənin və xalqının layiqli bir övladı olduğunu vurğulayıb. Seçiciləri isə fevralın 9-da məntəqələrə gedərək Rauf Arifoğluna səs verməyə çağırıb.

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov da vurğulayıb ki, Rauf Arifoğlunun seçki platformasının Azərbaycanın inkişafına və seçicilərin problemlərinin həllinə yönəlib.

Mir Tağı məscidinin axundu Seyyid Mircəfər Ağa xalqı haqq-ədalətə tərəfdar olmağa, müqəddəs səs hüquqlarını qorumağa, millətin layiqli övladı Rauf Arifoğluna dəstək olmağa səsləyib.

Tanınmış jurnalist Seymur Verdizadə qeyd edib ki, seçicilərin hər zaman əlçatan olan, parlamentdə sözünü deyə bilən, məhz Rauf Arifoğlu kimi bir deputata ehtiyacı var.

Tanınmış həkim Seyfəddin Əsəd isə vətəndaşlara üz tutaraq onları haqlarını müdafiə edən, problemlərinin həllinə dəstək ola biləcək namizədə səs verməyə dəvət edib.

Tanınmış aparıcı Turan İbrahimov da Rauf Arifoğlu kimi namizədi olduğu üçün 35 saylı Xətai üçüncü seçki dairəsində yaşayanları şanslı vətəndaşlar adlandırıb və onu seçməkdə böyük bir dost qazanacaqlarını bildirib.

Seçicilər də söz alaraq Rauf Arifoğlunun bu günə qədər gördüyü işləri yüksək qiymətləndirib, ona səs verəcəklərini açıqlayıblar.
Görüş tanınmış sənətçilərin ifasında vətənpərvər musiqi parçalarından ibarət konsert proqramı ilə davam edib.

Qeyd edək ki, görüşlə bağlı videoreportaj da yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm