• USD 1,7000 0,00% EUR 1,8355 -0,31%
    • GBP 2,2103 +0,05% RUB 0,0266 -0,75%

Bu gündən seçki bülletenlərinin çapına başlanılır

Bu gündən seçki bülletenlərinin çapına başlanılır

Bu gündən Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, artıq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar isə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Qeyd edək ki, seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.

Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR