Musa Qasımlının növbəti izdihamlı görüşü - FOTO
Bizi izləyin

Nida Xəbər

Musa Qasımlının növbəti izdihamlı görüşü - FOTO

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini davam etdirir.

Publika.az xəbər verir ki, görkəmli alimin Yardımlı şəhərində görüşü baş tutub.

Tanınmış alim görüş barədə bunları qeyd edib: "Bu gün Yardımlı şəhərində Nizami adına klubda seçicilərlə möhtəşəm bir görüş oldu. Tanınmış jurnalist Ələskər Cəfərin apardığı toplantıda şəhər ağsaqqallarından Qulu İsmayılov, Asif Ağayev, Rahib Bədirov, şair, yazıçı və publisistlərdən Sakit İlkin, Əsədulla Sadıqov, Əlisəfa Əhmədoğlu, Malik Balaşov, Mərdan Dadaşlı, İqbal Nemət, müəllimlər Mirhümbət Səmədov və Seymur Hüseynov çıxış edərək seçicilərin öz seçimini etdiklərini, səslərini mənə verəcəklərini bildirdilər. Görüşdən sonra Urakəran kəndində rayonun görkəmli təsərrüfat rəhbərlərindən biri olmuş Həsənağa Şərbətovun yas məclisində iştirak etdim, ailə üzvlərinə və qohumlarına başsağlığı verdim. Daha sonra şəhərdəki şəhid ailələrinə və qohumlarına evlərində baş çəkdim. Onlar dövlətimizin qayğısından razılıqlarını bildirdilər. Əziz Yardımlı şəhər sakinləri sizinlə fəxr edirəm. Var olun!"

M.Qasımlı bu gün isə Yardımlı rayonunun Çayüzü və Perimbel kəndlərində seçicilərlə görüş keçirib.

"Təbliğat-təşviqat kampaniyamı Yardımlı rayonunun Çayüzü və Perimbel kəndlərində seçicilərlə görüşlə davam etdirdim. Hər iki kənddəki toplantıda çıxış edənlər ötən müddətdəki deputatlıq fəaliyyətimdən razı qaldıqlarını vurğuladılar. Bəzi arzu və istəklərini söylədilər. Qeyd etdilər ki, seçimlərini ediblər və 9 fevralda səslərini mənə verəcəklər. Əziz Çayüzü və Perimbel kəndlərinin seçiciləri, sizə minnətdaram! Var olun!", - deyə alim qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm