“Avropa Birliyinin İran siyasəti ümumi göstərişlərə və maraqlara xidmət edir” - Şərh
Bizi izləyin

Nida Xəbər

“Avropa Birliyinin İran siyasəti ümumi göstərişlərə və maraqlara xidmət edir” - Şərh

Son dövrlər İranla bağlı gərginliyin bütün dünyada geniş rezonans doğurub.

Publika.az xəbər verir ki, bu olaylara münasibət bildirən politoloq Tural İsmayılov qeyd edib ki, ABŞ İranla bağlı hansı siyasi xətti yeridirsə bütün Qərb o siyasətə şərik çıxır: “Fransa, Almaniya və İngiltərə Obamanın prezidentliyi dövründə İranla bağlı fərqli addımlar atmaq üçün səy göstərirdilər. O dövrün katibi Con Kerri nüvə sazişi ilə bağlı Obama və Avropanın güc mərkəzləri arasında əsas əlaqələndirici idi. Şübhəsiz ki, Trampdan fərqli olaraq Obama daha sakit siyasi xətt davam etdirirdi, Avropadan ucalan anti-ABŞ səsləri də neytrallaşdıra bilirdi. Avropa ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmaq üçün INSTEX (Ticarət Birjalarına Dəstək Aləti) adlı mexanizmi qurdu. Avropa və Qərb bundan başqa sanksiyalara müqavimət göstərmədi, nəticədə Trampın daha aqressiv siyasəti Avropanın siyasi güc balanslarını ABŞ-ın İran siyasətindən bir növ asılı vəziyyətə saldı. Fransa, Almaniya və İngiltərənin İranın nüvə sazişinə dair mübahisələrin həlli mexanizmini işə salması ilə bağlı son qərarı İranla Qərb arasındakı danışıqlara böyük zərbə vuracaq.”

14 yanvarda qəbul edilən bəyanatın İrana qarşı sansksiyaların ləngiməsindən başqa heç nəyə nail olmayacağı qənaətinin bəri başdan aydın bilindiyini söyləyən Tural İsmayılov qeyd edib: “İran artıq Avropaya güvənmir. İranda Avropanı Amerikanın yedəyində siyasıət yürüdən məkan kimi xarakterizə edirlər adətən. Məhəmməd Cavad Zərif BMT sanksiyalarının bərpa olunacağı təqdirdə, İranın nüvə silahının yayılmaması müqaviləsindən (NPT) çıxacağı xəbərdarlığını səsləndirib, bundan başqa İranın da Avropa dövlətlərinə qarşı siyasi-iqtisadi təzyiq rıçaqlarından istifadə edəcəyi də şübhəsizdir. İran nüvə sazişinin tələblərinə riayət etməməyi Avropanın öhdəliklərini icra etməməsinə birbaşa cavab olaraq dayandırıb. Tehran bildirib ki, Avropanın İranın xarici ticarətin normallaşmasına kömək etməsi və Avropanın maliyyə sisteminə çıxış təmin etmək öhdəliyinə hörmətlə yanaşması halında, bu tədbir ləğv olunacaq.”

Ekspert qeyd edib ki, nüvə sazisişinin bəzi müddəaları İranın Qərbin maliyyə bazarlarına çıxışını təmin edir:

“Sazişin 36-cı maddəsi indi Tehranın əsas arqumentidir, İran Qərbin icrasızlığına cavab verir. Bu, şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə də nümayiş etdiriləcək. Fransa, Almaniya və İngiltərənin razılaşmaya əməl etdiklərini sübut etmək çətin olacaq. Çünki vəddən başqa ortada praktiki heç nə yoxdur demək olar ki. BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi də İranın uranın zənginləşdirilməsi üçün qadağan edilmiş texnologiyadan istiafə etdiyini deyib. Hazırda İran tarixinin ən çətin siyasi dövrlərindən birini yaşayır.”

Tural İsmayılov İran ətrafında gərginliyin azalacağını düşünmədiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm