Aparıcı Aytən Piriyevanın seçicilərlə görüşü uğurla davam edir - FOTO
Bizi izləyin

Nida Xəbər

Aparıcı Aytən Piriyevanın seçicilərlə görüşü uğurla davam edir - FOTO

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa bitərəf namizəd, tanınmış aparıcı Aytən Səfərova (Piriyeva), seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayan gündən indiyədək ətrafında bu dairə üçün rekord sayda seçici toplamaqdadır.

Ağsu və İsmayıllının ən ucqar kəndlərinə belə gedən namizədlə görüşə camaat böyük inamla gəlir, qadınlar, analar problemlərin, gözləntilərini bölüşürlər.

"Biz ən kiçik, cəmi 10 ev olan kəndə gedəndə, sakinlər çox təsirlənmişdilər. Onları yada salmayan, sanki sivilizasiyadan ayrı düşmüş kimi hiss etdirən kəslərin, bu kəndlərlə maraqlanmadıqlarından, üst-üstə nə qədər problemlərin yığılıb-qalmasından gileylənirdilər. Lakin mənim üçün şəhərli, kəndli, balaca ucqar kənd, böyük kənd və s. bu kimi anlayış yoxdur. Əsas insanlarımızdı, inamını itirməyən, onların da səsini, sözünü parlamentdə deyəcək millət vəkilinin seçiləcəyinə böyük ümid bəsləmələri, görüşlərimizə böyük inamla tələsməsidi. Mən hər bir görüşdə seçiciləri 9 fevral səsverməsində aktiv olmağa çağırıram. Həmişə də bir misalı çəkirəm: mizan tərəzinin hər iki gözünə bərabər sayda düyü olsa belə, cəmi 1 düyü dənəciyi o tarazlığa təsir edə bilər. Cəmi 1 seçicinin səsi də mənim üçün həlledici, mühüm rol oynaya bilər", - Aytən Piriyeva deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm