Musa Qasımlının seçicilərlə növbəti uğurlu görüşü - FOTO
Bizi izləyin

Nida Xəbər

Musa Qasımlının seçicilərlə növbəti uğurlu görüşü - FOTO

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini davam etdirir.

Publika.az xəbər verir ki, görkəmli alim bu gün Yardımlı rayonunun ucqar dağ kəndlərində - Avaş və Arvanada seçicilərlə görüşüb.

M.Qasımlı görüşlə bağlı bunları deyib: "Bu gün Avaş və Arvana kəndlərində seçicilərlə görüşdüm. Toplantıda kənd ziyalıları, Vətən uğrunda həlak olan şəhidlərin yaxınları, ağsaqqallar və gənclər iştirak edirdilər. Səmimi söhbət etdik. Çıxış edənlər ötən müddətdə məktəb binasının və tibb məntəqəsinin açılışındakı iştirakımı xatırladılar, həlli vacib olan məsələləri söylədilər. Vurğuladılar ki, seçki günü məntəqələrə gedib mənə səs verəcəklər. Avaş və Arvana sakinlərinə minnətdaram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm