Ölümcül virusun yayıldığı şəhərdə qalan azərbaycanlı tələbələrlə bağlı MÜHÜM AÇIQLAMA: Hamısı...
Bizi izləyin

Nida Xəbər

Ölümcül virusun yayıldığı şəhərdə qalan azərbaycanlı tələbələrlə bağlı MÜHÜM AÇIQLAMA: Hamısı...

"Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var".

Bu barədə açıqlamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qlobal Jurnalistlər Konseyinin toplantısında deyib.

Nazir Türkiyə vətəndaşlarını Çindən evakuasiya edəcək təyyarənin həmin azərbaycanlıları da göyərtəsinə qəbul edəcəyini vurğulayıb: “Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək: “Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm