• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat davam etdi (YENİLƏNDİ)

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat davam etdi (YENİLƏNDİ)

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, görüş 7 saat davam edib.

XİN rəsmisi əlavə edib ki, görüş sabah da davam edəcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə ediblər.

***

14:45

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

Publika.az xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Tvitter hesabında qeyd edib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR