Magistratura üzrə yeni ixtisaslar yaradıldı
Bizi izləyin

Nida Xəbər

Magistratura üzrə yeni ixtisaslar yaradıldı

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən ali təhsilin magistratura səviyyəsində "Təbiət ixtisasları qrupu” bölməsinə yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət, "Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm