Əli Əsədovdan gömrük rüsumları ilə bağlı MÜHÜM QƏRAR
Bizi izləyin

Nida Xəbər

Əli Əsədovdan gömrük rüsumları ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Publika.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.

Dəyişiklik Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobil hissələrinin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm