Pakistan İrəvanla gizli razılığa gəlib? - Səfirdən SƏRT CAVAB
Bizi izləyin

Nida Xəbər

Pakistan İrəvanla gizli razılığa gəlib? - Səfirdən SƏRT CAVAB

Pakistan İslam Respublikasının Ermənistanla bağlı mövqeyi aydın və dəyişməzdir.

Bu sözləri Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand Axar.az-a eksklüziv açıqlamasında Pakistanla Ermənistanın diplomatik əlaqələr qurmaqla bağlı gizli razılığa gəlməsi haqda yayılan məlumatlara münasibət bildirərkən deyib. Səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını vurğulayıb:

“Bu, insanları çaşdırmaq üçün məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Pakistanın Ermənistanla nəinki danışıqlara başlaması, dövlət olaraq tanıması belə mümkün deyil. Çünki Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal edib. Bizim Ermənistanla hər hansı danışıq aparmağımız öz Kəşmir problemimizi inkar etməyimiz demək olar. Bu dezinformasiya Pakistanla Azərbaycan arasında olan dost-qardaş münasibətlərini qısqananlar tərəfindən bilərəkdən yayılıb. Pakistanın daim Azərbaycanın yanında olduğu və olacağı faktını heç kim dəyişə bilməz”.

Xatırladaq ki, daha öncə mətbuatda Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyan və eyni zamanda Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir ölkə kimi tanımayan qardaş və dost Pakistan İslam Respublikasının Ermənistanla diplomatik münasibətlər və müdafiə sahəsində əlaqələr qurmaq üçün bu dövlətin hakim dairələri ilə gizli danışıqlara başlaması haqda iddialar yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm