"Bu gün Azərbaycanda tarixi gündür” - Məzahir Pənahov
Bizi izləyin

Nida Xəbər

"Bu gün Azərbaycanda tarixi gündür” - Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesinin başlaması ilə əlaqədar mətbuat konfransı keçirir.

Publika.az xəbər verir k, MSK sədri seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar yuxarı və aşağı seçki komissiyalarının gördüyü işlər barədə ən son məlumatları çatdırıb.

MSK sədri bildirib ki, bu gün Azərbaycanda tarixi gündür. Onun sözlərinə görə, MSK kütləvi informasiya vasitələrinin bu prosesdə fəaliyyətinə xüsusi diqqət yetirir:

“Yerlərdə olan qanun pozuntuları ilə bağlı məlumat almağımız üçün sizin fəaliyyətiniz əvəzedilməzdir. Bununla yanaşı seçkiləri kifayət qədər çox həm yerli, həm də beynəlxalq çox sayda müşahidəçilər də izləyəcək”.

M.Pənahov deyib ki, məntəqə seçki komissiyasının üzvlərinin əsas işi məntəqələrdə seçkinin gedişini normal təmin etməkdir:

“Bu gün məntəqələrin əsas sahibi seçicilərdir. Onların konstitision hüququndan istifadə edə bilməsi üçün MSK var gücü ilə çalışıb, seçicilərin azad və sərbəst səsverməsi üçün bütün şərait yaradılıb. Nə komissiyalar, nə KİV seçicilərin bu hüququndan istifadə etməsinə mane olmaq hüququna malikdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm