MSK-nın “Qaynar xətt”inə bir neçə müraciət daxil olub
Bizi izləyin

Nida Xəbər

MSK-nın “Qaynar xətt”inə bir neçə müraciət daxil olub

Bu gün keçirilən Milli Məclisə seçkilərlə əlaqədar indiyə qədər Mərkəzi Seçki Komissiyasının (MSK) “qaynar xətti”nə bir neçə sorğu xarakterli müraciət daxil olub.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.

O bildirib ki, MSK-nın “qaynar xətt”i aktivdir və indiyə qədər bir neçə müraciət daxil olub: “Həmin müraciətlərin bir neçəsi əsasən məlumat xarakterlidir. Müraciətlər operativ olaraq cavablandırılıb”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm