• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

İndiyə qədər seçki normal şəkildə davam edib - MSK sədrinin müavini

İndiyə qədər seçki normal şəkildə davam edib - MSK sədrinin müavini

İndiyə qədər parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) hər hansı bir rəsmi şikayət daxil olmayıb.

Publika.az xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, MSK-nın qaynar xəttinə 50-ə qədər müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlər əsasən texniki xarakterli və hansısa məsələnin aydınlaşdırılması ilə bağlı olub. Sədr müavini bildirib ki, seçki indiyə qədər normal şəkildə davam edib.

R.Qasımov əlavə edib ki, hava şəraitinə baxmayaraq səsvermədə fəallıq var.

O bildirib ki, bu səsvermə qızğın mübarizənin getdiyi seçki kimi Azərbaycan tarixində qalacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR