"İnsanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər" - İsrailli müşahidəçilər
Bizi izləyin

Nida Xəbər

"İnsanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər" - İsrailli müşahidəçilər

Azərbaycanda bu gün keçirilən parlament seçkilərini izləyən i srailli müşahidəçilər seçkinin nəticəsi müsbət qiymətləndiriblər.

Publika.az-ın məlumatına görə, Milli Məclisə keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Israildən olan beynəlxalq müşahidəçi Roman Gureviç deyib ki, seçkilər şəffaf və effektiv keçirilib.

Onun sözlərinə görə, seçkilərdən bir neçə gün əvvəl Bakıya gəliblər. Bakıda son illər ərzində yüksək inkişafın olduğunu nəzərə çatdıran R. Gureviç bildirib ki, Bakının 6 məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə gənclər çox iştirak ediblər:

"Bu da müsbət haldır seçkidə hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb".

Digər müşahidəçi Boris Qrosman əlavə edib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur:

"Mən düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçisi kimi iştirak edə bilərsiniz . Seçkiyə babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər".

B.Qrosman bildirib ki, Israil Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan da Israil üçün həmişə qardaş və dost ölkə olacaq.

Müşahidəçi Aleksey Keysar hesab edir ki, müşahidələrinə əsasən, Azərbaycanda insanlar üçün onların həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsi və orada iştirak vacibdir. Ona görə də insanlar seçkidə fəal iştirak edirdilər, çünki onlar ölkənin tarixinə biganə deyillər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm