Fransa nümayəndə heyəti müşahidələrini açıqladı
Bizi izləyin

Nida Xəbər

Fransa nümayəndə heyəti müşahidələrini açıqladı

Fransanın nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə edib.

Publika.az xəbər verir ki, Beynəlxalq Münasibətlər və Müdafiə Komissiyasının sədr müavini, senator Joel Qöelyo deyib:

"Seçki müşahidələrimi 20 məntəqədə apardım. Səslərin sayılması prosesini izlədim. Səslərin sayılması ilə bağlı dəqiq məlumatlar əldə edə bildim. Təəssüratlarım yaxşıdır. Ən maraqlı cəhər barmaqlara rəngsiz mürəkkəbin vurulmasıdır. Bunu innovasiya kimi şərh edərdim. İkinci məsələ isə yeni nəsil şəxsiyyət vəsiqələridir. Bundan başqa, səslərin sayılması prosesində səmiki və ciddi proses müşahidə etdim. Bütün məntəqələrdə bənzər hal yaşandı. Yalnız 1 məntəqədə kiçik gərginliklər yaşandı. Ümumilikdə, proses müsbət məcarada başa çatdı. Təşkilatçılara xüsusi təşəkkür edirəm. Sərbəstlik yüksək səviyyədə idi. Bakını çox bəyəndim. Xalça muzeyini xüsusi xatırlatmaq istərdim. Bu münasibətlə sizi təbrik edirəm. Fransa Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu ölkənin nümayəndəsi kimi demək istəyirəm ki, Azərbaycan-Ermənistan münasibətləri tezliklə öz haqlı həllini tapması üçün əlimizdən gələni edəcəyik".

Boll şəhərinin meri Iv Meteğu bildirib ki, Azərbaycana ilk səfəridir:

"Turizm Nazirliyi ilə görüşüm də təşkil olundu. Məqsəd iki ölkə arasında münasibətləri tənzimləmək oldu. Mən hüquqşünasam və burada seçki məcəlləsini oxumaq imkanım oldu. Bu məcəllə asan dillə və praktik yazıldığı üçün bütün namizədlərin də bununla tanış olma imkanı yüksəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm