"Seçkilər yüksək səviyyədə keçirildi" - Lazaros Tsarvaridis
Bizi izləyin

Nida Xəbər

"Seçkilər yüksək səviyyədə keçirildi" - Lazaros Tsarvaridis

"Azərbaycanda seçkilər yüksək səviyyədə və demokratik şəraitdə keçirildi".

Publika.az xəbər verir ki, bunu xarici müşahidə missiyalarının mətbuat konfransında Yunanıstan parlamentinin deputatı Lazaros Tsarvaridis deyib.

O bildirib ki, 4 seçki məntəqəsində müşahidə apardıq və heç bir qayda pozuntusu aşkarlamadıq:

"Proses ərəfəsində seçicilərlə, müşahidəçilərlə, siyasi partiyaların nümayəndələri, MSK rəsmiləri və eyni zamanda, könüllülərlə ünsiyyətdə olduq. Çox şadam ki, Azərbaycanda seçki proseduru yüksək səviyyədə icra olunur. Yeni seçilən parlamentə və Azərbaycan xalqına uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm