Nida Xəbər
MSK qarşısında icazəsiz aksiya: Saxlanılan var - RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxsin icazəsiz aksiya keçirməyə cəhd etməsinə münasibət bildirib.
Publika.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə zamanı yalnız bir nəfər saxlanılıb:
“Bu gün axşam saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıblar. Lakin icazəsiz aksiyanın nümayəndələri MSK-nın izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Belə olduğu təqdirdə MSK nümayəndələri ərazi üzrə polis orqanına müraciət ediblər.
Polis əməkdaşları hadisə yerinə gəlib, qanunsuz aksiyanın dayandırmalarını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq ediblər, lakin həmin şəxslər öz ictimai asayişin pozulmasına yönəli hərəkətlər etməyə cəhd ediblər.
Daha sonra polis əməkdaşkarı tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polisin qanunsuz tələbinə əməl etməyən bir nəfər saxlanılıb. Araşdırmalardan sonra da həmin şəxsin barəsində müvafiq tədbirlər görüləcək”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!