Rauf Arifoğludan SENSASİON BƏYANAT: 35-ci dairənin nəticələri ləğv edilsin və...
Bizi izləyin

Nida Xəbər

Rauf Arifoğludan SENSASİON BƏYANAT: 35-ci dairənin nəticələri ləğv edilsin və...

9 fevralda keçirilən Növbədənkənar Parlament seçkilərində 35 saylı dairədən ən çox səs toplayan Rauf Arifoğlu nəticələrin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, R.Arifoğlu bəzi şəxslərin sosial şəbəkələrdə manipulyasiya ilə məşğul olduğunu bildirib: "MSK 35-ci dairənin nəticələrini ləğv etsin, bir daha yarışaq! Sosial şəbəkədə fırtına yaradırlar. Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar, insanları manipulyasiya edirlər. Təmiz, halal bir qələbə qazanmışam, qəbullana bilmirlər. Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər. 5000 fərqlə özündən razı rəqibimi qutuda qoymuşam, qane olmurmu? Qəbul etmirmi? Mən də razıyam. Bir daha yarışaq! Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan. Heç nə dəyişməyəcək, yenə udacam. Hodri meydan, yarış yenidən başlasın!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm